PAYLAŞIN:

İsmayıllıda ağır yol qəzası olub.

Paraqraf.com xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun “Təndirxana” adlanan ərazisində qeydə alınıb. Belə ki, “Hyundai”“VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-21099”un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

1997 və 1988-ci il təvəllüdlü qadınlar, həmçinin 2000-ci il təvəllüdlü kişiyə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

 

Paraqraf.com 

Loading