PAYLAŞIN:

Novruz bayramı münasibətilə Bakı Dövlət Sirki tamaşaçılar üçün “Səmaya Yüksələnlər” adlı möhtəşəm beynəlxalq sirk proqramı hazırlayıb. Proqram çərçivəsində müxtəlif illərdə beynəlxalq sirk festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini təmsil edən dünya səviyyəli sənətçilər səhnəyə çıxacaqlar.

Şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan olan məşhur akrobatlar və artistlər çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadacaqlar.

Proqram çərçivəsində:

Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti gülüş dolu çıxışlarla səhnə alacaq

Təlimləndirilmiş itlər və atların iştirakı ilə maraqlı nömrələr təqdim olunacaq

Nikulin Sirki tərəfindən hazırlanmış möhtəşəm hava trapesiya nömrəsi nümayiş etdiriləcək

Yelləncəkdə həyəcanlı akrobatik çıxışlar göstəriləcək

Turnikdə çıxış edən akrobatik duet tamaşaçıları heyran edəcək

Kəmərlər və pilon üzərində nəfəs kəsən hava akrobatik nömrələri təqdim olunacaq

Atlarda akrobatik çıxış edən qızlar səhnəyə rəng qatacaqlar

Proqramda hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb və hər nömrə yüksək dinamika və adrenalini ilə seçilir.

Tamaşa Su İdman Sarayı yaxınlığında qurulmuş nəhəng şapito çadırında təqdim olunur.


Paraqraf.com

Loading