Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Tural Abbaslı: “Sosial müdafiə qanunları insanlara yardım prinsipi əsasında yenilənməlidir”
MANŞETÖZƏL

Tural Abbaslı: “Sosial müdafiə qanunları insanlara yardım prinsipi əsasında yenilənməlidir”

19 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasında əlillik dövründə əmək pensiyasının təyinatı və təminatı vətəndaşların sosial hüquqlarının qorunmasında mühüm rol oynayır. Son dövrdə Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən qəbul edilən qərar göstərir ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və əlillik statusu qüvvədə olduqda, onun əlilliyə görə əmək pensiyası müddətsiz (ömürlük) təyin edilməlidir. Bu qərar həm qanunvericiliyin prinsipinə, həm də vətəndaşların hüquqlarının qorunmasına uyğun olaraq, əlavə müraciət və formal prosedurlar tələb etmədən pensiya hüququnun təmin olunmasını nəzərdə tutur.

Bəs əlillik dövründə pensiya yaşına çatmış şəxslərin əmək pensiyasının müddətsiz təyin edilməsi qanunvericilik baxımından hüquqların qorunmasını necə gücləndirir və inzibati orqanların məsuliyyətini necə artırır?

Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı “Paraqraf.com”a bildirib ki, hər bir dövlətdə sosial təminat önəmlidir:

“Həm pensiya yaşına çatan, həm əlilliyi olan, həm də digər imtiyazlı şəxslər daim dövlətin diqqətində olmalı olan məsələdir.

Son zamanlar bu, problemlər yaratdı. Çünki yeni Sosial Müdafiə naziri təyin olunanda bir xeyli insanların əlillikləri ləğv olundu və standartlar dəyişdi. İnsanların bir çoxu bu məsələdən əziyyət çəkdi. Onlar məhkəmələrə müraciət edəndən sonra bərpa olundu. Yaşa görə pensiya məsələsi də hər dövlətdə müzakirə predmetidir. Bu elə bir sahədir ki, daim müzakirəyə və yenilənməyə ehtiyac var. Bu məsələni bir dəfə hansısa standartlarla qəbul edib, 10-15 il davamlı etmək olmaz. Çünki şərtlər dəyişir. Dövlət də qanunvericiliyini bunlara uyğunlaşdırmalıdır. Bu baxımdan, bu məsələdə qanunvericilikdən daha çox buna yanaşma prinsipi qəbul olunmalıdır. Aztəminatlı və əlilliyi olan insanların, tələbələrin normal yaşaya bilməsi üçün buna uyğun qanunlar formalaşdırılmalıdır”.

O qeyd edib ki, sosial təminat sahəsindəki qanunvericilik hər zaman insanlara yardım etmə prinsipi əsasında formalaşsın:

“Bu, universitet imtahanı kimi qalibə mükafat prinsipi ilə yanaşmaq olmaz. Yəni dövlətin məqsədi aztəminatlı hissəsinə bu və ya digər formada yardım vermək üçün bəhanə axtarmalıdır. Bunun üçün qanunvericilik tənzimlənməlidir. Sosial müdafiə sahəsində qanunvericilik daha çox büdcəni müdafiə etmək prinsipi ilə yanaşıldığı üçün aztəminatlı şəxslər əziyyət çəkir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dünya iqtisadiyyatının “boğazı” sıxılır: Avropanı dəhşətli apokalipsis gözləyir

Next

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved