Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub
İDMAN

Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub

19 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Paraqraf.com xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsinin “Atalanta”ya qarşı keçirilən cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.

Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirən Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Təcrübəli hücumçu 2023-cü ildə “Tottenhem”dən Münhen təmsilçisinə keçdikdən sonra “Bavariya” forması ilə Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıdan Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.

Qeyd edək ki, Harri Keyn 2025/2026 mövsümündə “Bavariya”nın heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 50 qol həddini keçən ilk ingiltərəli futbolçudur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Araz-Naxçıvan”ın iki legionerinə milli komandalarından dəvət gəlib

Next

Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışı başlayır

Copyright 2026— Praqraf.com. All rights reserved