Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
HADİSƏ

Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub.

Bu barədə Paraqraf.com-a DİN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və 25 yaşlı Uğur Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, şəbəkə üzvləri müxtəlif bank və kredit təşkilatlarının rəsmi internet səhifələrinə vizual baxımdan oxşar saxta fişinq saytlar yaradıblar. Daha sonra isə onlar insanların diqqətini cəlb etmək üçün saxta saytların sosial şəbəkələrdə reklamını yerləşdirərək aşağı faizli kreditlər təklif ediblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta saytların həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin saytlara daxil ediblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Bundan istifadə edən kiberdələduzlar vətəndaşların bank hesablarına qanunsuz daxil olaraq pul vəsaitlərini ələ keçiriblər. Şəbəkə üzvləri “iz”i itirmək məqsədi ilə əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla 300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Next

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var

Copyright 2026— Praqraf.com. All rights reserved