Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib
SİYASƏT

Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib

19 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan da daxil olmaqla, 12 ölkənin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə məşvərət toplantısı keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, toplantıya Azərbaycan, Bəhreyn, Misir, İordaniya Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxsləri qatılıblar.

Qeyd olunub ki, iclasda İranın region ölkələrinə hücumları müzakirə olunub, həmin hücumlar kəskin şəkildə pislənilib.

Hücumların dayandırılması eskalasiyanın sona çatması, regionda təhlükəsizlik və sabitliyin bərqərar olması, habelə böhranların həlli yolu kimi diplomatiyanın aktivləşdirilməsi üçün ilk addım kimi qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da sözügedən iclasda iştirak edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər

Next

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved