PAYLAŞIN:

Gəncə şəhərinin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikililər sökülüb.

Bu barədə Paraqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazilərdə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

 

Paraqraf.com 

Loading