Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 15
  • Belçikanın sabiq baş naziri: Azərbaycan Aİ-nin xüsusi diqqətinə layiqdir

Belçikanın sabiq baş naziri: Azərbaycan Aİ-nin xüsusi diqqətinə layiqdir

admin 15 Mart 2026 2 minutes read
IMG_20260315_151040
PAYLAŞIN:

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa İttifaqının (Aİ) xüsusi diqqətinə layiqdir.

Paraqraf.com-un məlumatına görə, bunu Belçikanın sabiq baş naziri İv Leterm XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatın inkişafı üçün böyük imkanlara malikdir.

“Azərbaycanda son 15-20 il ərzində heyranlıq doğuran nailiyyətlər müşahidə olunur. Biz anlamalıyıq ki, Azərbaycanın diqqətini qazanmaq lazımdır. Biz Azərbaycana dialoq aparılması zəruri olan bir tərəfdaş kimi hörmət etməyə borcluyuq”, – o bildirib.

İ.Leterm vurğulayıb ki, Aİ Azərbaycana dialoq aparılması zəruri olan tərəfdaş kimi hörmət etməlidir: “Məsələn, biz Azərbaycan kimi bir ölkənin daxili işlərinə qarışaraq qətnamələr qəbul etdiyimiz zaman anlamalıyıq ki, bununla gələcək danışıqlar üçün qapıları bağlayırıq”.

O vurğulayıb ki, bu cür müdaxilələrdən sonra enerji tədarükü üzrə yeni razılaşmalar əldə etməyə çalışmaq da səmərəli deyil:

“Biz illər boyunca bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə gəlib xahiş edirik – “Bizə daha çox qaz sata bilərsinizmi?”. Bu, maraqların dəyərlərdən daha böyük əhəmiyyət kəsb etdiyi dünyada işə yaramayan tipik Avropa münasibətidir”.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Next: Eduard Stiprays: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib

OXŞAR MÖVZULAR

JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

admin 29 Aprel 2026
iuQedNw9wQUtKveyg1N7SHllJxYJ1hfkMazsYQOz_1200

Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər

admin 29 Aprel 2026
If9Db7bRzvcrMBIk6KSpvwOJ2gHCnhpZMXbndUZE_1200

Azərbaycan və Qazaxıstan XİN-ləri əməkdaşlığın inkişafını müzakirə ediblər

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq IMG_6341

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq

29 Aprel 2026
Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir 09df4a92-99db-4030-80cd-a338c7b3b44d

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

29 Aprel 2026
“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib 3uCJsWlxXVmVo5e2bOCAUZtoEnauCl6y0DmP0PTz_1200

“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib

29 Aprel 2026
Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək IMG-20260429-WA0006

Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

29 Aprel 2026
Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ xgiNLim5fl6inc4Zcd64m4A9avvopBmmC3PivJaV_1200

Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ

29 Aprel 2026
Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.