PAYLAŞIN:

Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading