Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin icrasını dəstəkləyib
DÜNYA

Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin icrasını dəstəkləyib

13 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqından (Aİ) olan tərəfdaşlarının Ukrayna üçün 90 milyard avro məbləğində Aİ krediti üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan hər şeyi edəcəklərinə əmin olduğunu bildirib.

Paraqraf.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bunu Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

“Biz razılaşdırılmış 90 milyard avro məbləğində kreditin blokdan çıxarılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – o deyib.

E.Makron qeyd edib ki, 2022-ci ildən bəri Aİ tərəfindən göstərilən yardımın ümumi həcmi 200 milyard avroya yaxınlaşır.

Fransa Prezidenti ayrıca Ukraynanın Avropa inteqrasiyası yoluna dəstək ifadə edib: “Üzvlüyə gedən yol çox səy tələb edir. Lakin Ukraynanın müharibəyə baxmayaraq keçdiyi yol heyranedicidir. Ukrayna ilk danışıq klasterlərinin açılmasına layiqdir. Mən bunda şübhə etmirəm. Yaranmış maneələrə baxmayaraq biz buna nail olacağıq”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsfahan hava hücumuna məruz qalıb, ölənlər var

Next

UKMTO: Hörmüz boğazında yük gəmisi mərmi ilə vurulub

Copyright 2026— Praqraf.com. All rights reserved