Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Tedros Qebreyesus: Dünya eyni səhvləri təkrarlayaraq böhrandan böhrana keçir
SİYASƏT

Tedros Qebreyesus: Dünya eyni səhvləri təkrarlayaraq böhrandan böhrana keçir

12 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Mümkün virus təhlükələrindən qorunmaya ayrılan qlobal xərclər müdafiə sektoruna çəkilən xərclərdən xeyli azdır.

Paraqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Onun sözlərinə görə, bir böhrandan digərinə keçən dünya bundan heç bir nəticə çıxarmayaraq özünü dəfələrlə əvvəlki səhvləri təkrarlamağa məhkum edir.

“Pandemiyalar milyonlarla insanın həyatına son qoya, iqtisadiyyatları və cəmiyyətləri iflic edə bilsə də, qlobal miqyasda bir-birimizdən qorunmaq üçün xərclədiyimiz trilyonlarla müqayisədə mümkün virus təhlükələrindən qorunmaya nisbətən az vəsait xərcləyirik” – o qeyd edib.

ÜST-ün rəhbəri vurğulayıb ki, COVID-19 pandemiyası qloballaşan dünyada səhiyyənin təhlükəsizliyi birbaşa milli təhlükəsizliklə bağlı olduğunu göstərdi.

Onun sözlərinə görə, viruslar sərhəd tanımır, dezinformasiya isə diplomatiyadan daha sürətlə yayılır.

Qebreyesus əlavə edib ki, səhiyyə ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma ola bilər, çünki təhlükəsizlik, inkişaf, ədalət və etimad məsələlərinin kəsişməsində yerləşir. Onun fikrincə, hətta münaqişə şəraitində belə dövlətlər ümumi təhdidlər qarşısında birgə həll yolları axtarmaq üçün birləşməlidirlər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır

Next

Tatyana Valovaya: Beynəlxalq problemlər yalnız birgə səylərlə həll oluna bilər

Copyright 2026— Praqraf.com. All rights reserved