PAYLAŞIN:

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün yekun vurulacaq.

Paraqraf.com xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutacaq. “Abşeron” “Gənclər”lə, “Azərreyl” “Turan”la üz-üzə gələcək.

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq qarşılaşmalar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün “DH Volley” UNEC-i (3:0), “Milli Aviasiya Akademiyası” “Gəncə”ni (3:2) məğlub edib.

 

Paraqraf.com 

Loading