Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Etibar Əliyev: “Bir çox məktəb direktorları nə öz fənnini bilir, nə də məktəbi idarə etməyi”

Etibar Əliyev: “Bir çox məktəb direktorları nə öz fənnini bilir, nə də məktəbi idarə etməyi”

admin 12 Mart 2026 4 minutes read
WhatsApp Image 2026-03-11 at 22.38.48
PAYLAŞIN:

Azərbaycanda məktəb direktorlarının seçimi uzun illərdir müzakirə mövzusu olaraq qalır. Təhsil müəssisələrinə rəhbərlərin təyin olunmasında tətbiq edilən müsabiqə sistemi şəffaflıq və ədalət prinsiplərinin təmin edilməsi məqsədi daşısa da, bu mexanizmin real nəticələri barədə cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər hesab edir ki, müsabiqə sistemi idarəetmədə peşəkarlığın artmasına şərait yaradır, digərləri isə prosesdə ciddi problemlərin və sualların qaldığını bildirir.

Təhsil eksperti Etibar Əliyev “Paraqraf.com”a deyib ki, məktəb direktorlarının seçimində tətbiq edilən müsabiqə sisteminin nə qədər qüsurlu olduğunu mövcud reallıq açıq şəkildə göstərir:

Etibar Əliyev deputatlığa namizəd olmadı - Səbəbini özü AÇIQLADI | Modern.az

“Onlarla məktəb direktorunun səs yazıları sosial şəbəkələrdə yayılır. Bu səs yazılarında müəllimlərdən pul tələb olunduğu iddia edilir. Bu isə onu göstərir ki, bəzi direktorların nə məktəb idarəetməsindən anlayışı var, nə də pedaqoji məsuliyyəti. Hətta elələri var ki, öz fənlərini belə lazımi səviyyədə bilmirlər. Regional təhsil idarələrinə rəhbərlərin seçilməsində də ciddi qüsurlar mövcuddur. Məsələn, Gəncə-Daşkəsən regional idarəsinin rəhbəri regionda bir çox qalmaqallı məsələlərdə hallandı, demək olar ki, bütün vaxtını məhkəmələrdə və prokurorluqda keçirdi. Buna baxmayaraq, sonradan onun vəzifəsi daha da böyüdüldü və Bakıda təhsil idarəsində Anar Qədiməliyev müdir müavini təyin edildi. Məktəb direktoru vəzifəsinə seçilən şəxslər tədris etdikləri fənni mükəmməl bilməli, eyni zamanda yüksək etik davranış və nəzakət nümayiş etdirməlidirlər. Təəssüf ki, böyük ənənəsi olan məktəblərə kənardan hansısa məktəbin direktor müavini gətirilir və kollektivlə tanış olmayan həmin şəxslər qısa müddətdə məktəbin daxili mühitini pozurlar”.

O qeyd edib ki, məktəb müqəddəs yerdir və burada gələcək nəsil formalaşır:

“Məktəbdə uşağın təfəkkürü və tərbiyəsi formalaşır. Buna görə də təhsil sistemində tətbiq olunan bəzi yanlış yanaşmalar dəyişdirilməlidir. Direktor seçilən zaman həmin şəxsin bioqrafiyası açıq şəkildə cəmiyyətə təqdim olunmalıdır.

Son dövrlər “məktəb meneceri” anlayışını ortaya atıblar. Bu anlayışın özü də ciddi suallar doğurur. Çünki bu vəzifələrə təyin olunanların əksəriyyəti hüquqşünas və ya iqtisadçılardır. Bu cür kadrların məktəbdə təhsilin keyfiyyətini artıracağı isə inandırıcı görünmür. Üstəlik, bəzi məktəb direktorlarının repetitorluq fəaliyyətinin genişlənməsində maraqlı olduqları barədə də fikirlər var. Çünki bu sahə böyük gəlir gətirir. Təhsil sistemində dostluq və tanışlıq münasibətlərinin rol oynaması isə ən təhlükəli hallardan biridir və buna son qoyulmalıdır. Bundan başqa, dərsliklər də yararsız vəziyyətdədir. Nə valideynlər, nə şagirdlər, nə də müəllimlər həmin dərslikləri oxuyub tam şəkildə başa düşə bilirlər”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 27 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Eldəniz Cəfərov: “Metro xətlərinin genişlənməsi böyük və mürəkkəb prosesdir”
Next: Üzeyir Mustafayev: “Dron hücumu və təyyarə hadisəsi Kremlin diqqətindədir”

OXŞAR MÖVZULAR

IMG_6341

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq

admin 29 Aprel 2026
09df4a92-99db-4030-80cd-a338c7b3b44d

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

admin 29 Aprel 2026
IMG-20260429-WA0006

Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan U-17 millisi UEFA İnkişaf Turnirinin son oyununda Pakistanı məğlub edib 08UVASa8KaUkL1b7G49p7qoLIRkCOGfpJxABXl9E_1200

Azərbaycan U-17 millisi UEFA İnkişaf Turnirinin son oyununda Pakistanı məğlub edib

30 Aprel 2026
Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub NGFYx4LyMe04Zechk3mOEUCsG4bN0fgXQZCBwxMM_1200

Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub

30 Aprel 2026
UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlayır i0zetQQ25K9hQSfzYn2VrhNyMIjYKu58EEyeGODF_1200

UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başlayır

30 Aprel 2026
UEFA Avropa Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək IV35ZMiIP76seJm4T5ViUcQrzBq7i4bLwiaseMYz_1200

UEFA Avropa Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

30 Aprel 2026
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür Rboau6BYXLMBb4kM1JC2YSlVHh80pxspGG0EAYwh_1200

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

30 Aprel 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 3NHWQs7yAz6jswZ4klNKWAVtqTTIDtgEQUF6qLiI_1200

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.