Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Deputat: “Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollarlıq tranzit gəliri gətirəcək”
İQTİSADİYYAT

Deputat: “Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollarlıq tranzit gəliri gətirəcək”

12 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Orta Dəhliz vasitəsilə yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard ABŞ dolları həcmində tranzit gəliri əldə edəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi üzərində çalışıldığını və Naxçıvanla birbaşa əlaqənin yaradılacağı ilə bağlı fikirlərinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, İran müharibəsi başladıqdan sonra regional geosiyasi təhdidlərin daha da artdığı müşahidə edilir: “Bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inşası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək”.

Deputat vurğulayıb ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək: “Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin sülhün iqtisadi dividendləri deməkdir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah Bakıda hava yağmursuz olacaq

Next

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved