27 Okt 2026, Ça

Bakıda “əl enerjisi” ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb

PAYLAŞIN:

Bakıda özəl estetik klinikalardan birində “əl enerjisi” ilə müalicə apardığı iddia olunan Özbəkistan əsilli İqbol Soliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Paraqraf.com-un məlumatına görə onunla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə onun qəbuluna çoxsaylı insanın müraciət etməsi, klinika qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.

 

Paraqraf.com 

Loading