Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək

Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək

admin 12 Mart 2026 2 minutes read
v4zE9hKgn1NiD6Vt1HC99YcBKUNoPux0ltRbzeag_1200
PAYLAŞIN:

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək.

Paraqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli “Avaralıqla məşğul olma” kimi qeyd edilib.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi
Next: Uşağa tərbiyə məqsədilə zorakılıq göstərən şəxs cərimə olunacaq

OXŞAR MÖVZULAR

xgiNLim5fl6inc4Zcd64m4A9avvopBmmC3PivJaV_1200

Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ

admin 29 Aprel 2026
526f42fd-1da1-3350-aadf-12e5678925dd_1200

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

admin 29 Aprel 2026
sUg7nNMfefQu80tYITOB03FijPRPo7ozOr7Xq5em_1200

Sabah hava yağıntılı olacaq – PROQNOZ

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq IMG_6341

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq

29 Aprel 2026
Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir 09df4a92-99db-4030-80cd-a338c7b3b44d

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

29 Aprel 2026
“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib 3uCJsWlxXVmVo5e2bOCAUZtoEnauCl6y0DmP0PTz_1200

“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib

29 Aprel 2026
Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək IMG-20260429-WA0006

Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

29 Aprel 2026
Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ xgiNLim5fl6inc4Zcd64m4A9avvopBmmC3PivJaV_1200

Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ

29 Aprel 2026
Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.