PAYLAŞIN:

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bu barədə Paraqraf.com-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.

 

Paraqraf.com 

Loading