Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Politoloq: “Azərbaycan dövlətini bütövlükdə Şimali Azərbaycan adlandırmaq doğru deyil”
MANŞETSİYASƏT

Politoloq: “Azərbaycan dövlətini bütövlükdə Şimali Azərbaycan adlandırmaq doğru deyil”

11 Mart 2026 1 Min Read
PAYLAŞIN:

“Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək”.

Bunu bir müddət əvvəl Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Burada ilk atacığımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”, – deyə deputat bildirib.

Politoloq Niyaməddin Orduxanlı “Paraqraf.com”a açıqlamasında məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycan tarixi proseslər nəticəsində iki hissəyə bölünüb:

Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi — ÖZƏL

“XIX əsrdə Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri nəticəsində Azərbaycan torpaqları iki yerə ayrılıb. Tarixi baxımdan Azərbaycan torpaqları bölünüb və bu gün təxminən 40 milyondan çox azərbaycanlı Cənubi Azərbaycanda, 10 milyondan çoxu isə Şimali Azərbaycanda yaşayır. Bu baxımdan mövcud vəziyyətdə Azərbaycan dövlətini bütövlükdə Şimali Azərbaycan adlandırmaq doğru olmaz”.

Niyaməddin Orduxanlı əlavə edib ki, dünya tarixində iki hissəyə bölünmüş xalqlar və dövlətlərə rast gəlinir:

“Buna Almaniya və Koreya nümunə göstərilə bilər. Azərbaycanın şimal hissəsi 1991-ci ildə yenidən müstəqilliyini bərpa edib. Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların isə hələ də bu istiqamətdə müəyyən siyasi və tarixi prosesləri qalmaqdadır. Bu baxımdan bəzi siyasətçilər hesab edir ki, referendum yolu ilə ölkənin adının Şimali Azərbaycan olaraq dəyişdirilməsi məsələsi müzakirə oluna bilər. Lakin mövcud siyasi reallıqlar nəzərə alınmalıdır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elşad Miri: “Həcc və qiymət məsələsi Qafqaz Müsəlmanlar İdarəsinin monopoliyasındadır”

Next

“Sumqayıt Tekstil”in nizamnamə kapitalı 46 % azaldılır

Copyright 2026— Praqraf.com. All rights reserved