Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Növbəti köç karvanı: Açarlar təqdim olundu
CƏMİYYƏT

Növbəti köç karvanı: Açarlar təqdim olundu

11 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Martın 11-də Xocalı rayonunun Xanabad kəndinə növbəti köç olub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Paraqraf.com-a verilən məlumata görə, 103 nəfərdən ibarət 21 ailə doğma yurduna qayıdıb.

Xocalı şəhərində sakinlərə yeni mənzillərin açarları təqdim olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev bildirib ki, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işləri günbəgün sürətlənir və həyata keçirilən layihələrin əsas məqsədi keçmiş məcburi köçkünlərin qısa müddətdə doğma torpaqlarına qayıdışını təmin etmək, bölgədə dayanıqlı yaşayış mühiti yaratmaqdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq proqramları çərçivəsində yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və əhalinin rahat yaşayışı üçün bütün zəruri şərait təmin olunur.

Xanabad kəndinə köçürülən ailələr üçün də bərpa edilmiş fərdi yaşayış evləri bütün zəruri kommunal xidmətlərlə təmin olunub.

Doğma yurdlarına qayıdan sakinlər isə dövlət tərəfindən yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını qeyd ediblər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaxın Şərqdə müharibə riski: Azərbaycan mənzil bazarında nə baş verir?

Next

Baş nazirdən inzibati cərimələr haqda – Qərar

Copyright 2026— Praqraf.com. All rights reserved