Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama”
CƏMİYYƏTMANŞET

“Ünvanlı sosial yardım həqiqətən ehtiyacı olana çatır? – Deputatdan diqqətçəkən açıqlama”

04 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda ünvanlı sosial yardım (ÜDSY) aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə gəlirləri yaşayış minimumundan aşağı olan ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən dövlət maliyyə dəstəyidir. 2026-cı ilin əvvəlinə bu yardım 76 min 100-dən çox ailəni əhatə edib. 2018-ci illə müqayisədə ödənişin orta məbləği artaraq 422 manata çatıb. Proqramın əsas məqsədi həqiqətən ehtiyacı olan ailələrə ünvanlı dəstəyin göstərilməsidir.

Milli Məclisin deputatı Azər Badamov “Paraqraf.com”a açıqlamasında bildirib ki, ünvanlı sosial yardım aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlib:

Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi açıqlanıb

“Proqram Nazirlik tərəfindən həyata keçirilir və gəliri yaşayış minimumundan aşağı olan ailələrə maliyyə dəstəyi göstərilir. Məqsəd sosial ədalətin təmin olunması və həssas qrupların qorunmasıdır. Ünvanlılıq prinsipi yardımın hər kəsə deyil, müəyyən meyarlara cavab verən ailələrə verilməsini nəzərdə tutur. Ailənin gəlirləri, əmlakı, üzvlərinin sayı və sosial statusu elektron sistem vasitəsilə qiymətləndirilir ki, bu da subyektiv qərarların qarşısını almağa xidmət edir.

Rəsmi məlumatlara əsaslanan qiymətləndirmə mexanizmi obyektivliyi artırır. Lakin qeyri-rəsmi məşğulluq və gizli gəlirlər ünvanlılığın effektivliyinə təsir göstərə bilər. Digər tərəfdən, bəzi həqiqətən ehtiyaclı ailələr sənədləşmə çətinlikləri və ya mövcud meyarların sərtliyi səbəbindən yardım proqramından kənarda qala bilirlər.

Yardımın orta məbləği əvvəlki illərlə müqayisədə artsa da, bazar qiymətləri və inflyasiya fonunda onun real təsiri dəyişə bilər. Bu baxımdan yaşayış minimumunun nə dərəcədə real hesablanması xüsusi əhəmiyyət daşıyır. Sosial siyasətdə ideal model olmasa da, sistemin davamlı təkmilləşdirilməsi, şəffaflıq və effektiv monitorinq əsas şərtlərdir. Əsas məqsəd isə yardımın həqiqətən ən çox ehtiyacı olan ailələrə çatmasını təmin etməkdir”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı və region məktəbləri: fərq haradan qaynaqlanır? – ŞƏRH

Next

SDU məzunu Fərid Bağırzadə nazir təyin olundu

Copyright 2026— Praqraf.com. All rights reserved