Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan Bolqarıstanın qaz istehlakının təxminən 40 %-ni təmin edir
İQTİSADİYYAT

Azərbaycan Bolqarıstanın qaz istehlakının təxminən 40 %-ni təmin edir

04 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan 25 illik müqavilə çərçivəsində Bolqarıstanın təbii qaz istehlakının təxminən 40 %-ni təmin edir.

Bu barədə Paraqraf.com Bolqarıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Bu gün Bolqarıstanın təbii qaz istehlakının demək olar ki, 40 %-i 25 illik müqavilə çərçivəsində Azərbaycan tərəfindən təmin edilir. Bu saziş tədarükün proqnozlaşdırıla bilən olmasını və etibarlılığını, eləcə də Avropada ən rəqabətli qiymət şərtlərindən birini təmin edir”, – nazirliyin məlumatında deyilir.

Nazirlikdən qeyd ediblər ki, bazarlarda qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə Azərbaycan qazı sabitləşdirici funksiyanı yerinə yetirir – tədarük fasiləsiz həyata keçirilir, müqavilə parametrləri isə kəskin qiymət dalğalanmalarının təsirini məhdudlaşdırır: “Bu, müəssisələr və ev təsərrüfatlarının yükünün azaldılması, iqtisadi dayanıqlığın artırılması və Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir”.

Nazirlikdən xatırladıblar ki, Bolqarıstanın energetika naziri Trayço Traykov martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji üzrə Məşvərət Şurasının iclaslarında iştirak edib.

Forum çərçivəsində T. Traykov Moldovanın energetika naziri Dorin Junqietu, Türkiyənin energetika nazirinin köməkçisi Zafər Demircan və SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ikitərəfli görüşlər keçirib.

T.Traykovun Şahbazovla görüşündə uzunmüddətli müqavilə çərçivəsində tədarükün optimallaşdırılması imkanları, “Asarel” və SOCAR şirkətlərinin birgə həyata keçirdiyi Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması layihəsi, həmçinin “M-Gaz” və SOCAR-ın qaz nəqli şəbəkəsinə çıxışı olmayan istehlakçılar üçün reallaşdırdığı sıxılmış təbii qazın (CNG) tədarükü üzrə hibrid layihə müzakirə edilib.

“Nazir Şahbazov bildirib ki, Bolqarıstanın Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasındakı “Yaşıl Enerji Dəhlizi” təşəbbüsünə rəsmi şəkildə qoşulmasını yüksək qiymətləndirəcək. Qara dənizdə sualtı elektrik kabel layihəsini əhatə edən bu təşəbbüs “Global Gateway” təşəbbüsü çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında strateji enerji əməkdaşlığının bir hissəsidir”, – nazirlikdən əlavə ediblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qazaxıstan fevralda BTC ilə neftin nəqlini 8,5 % artırıb

Next

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

Copyright 2026— Praqraf.com. All rights reserved