Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
MANŞET

Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

03 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Daxili işlər naziri Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-da 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Next

İran Aİ-ni Yaxın Şərqdəki münaqişəyə müdaxilədən çəkindirib

Copyright 2026— Praqraf.com. All rights reserved