Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Milli Məclis NK-nın silah və strateji materiallar ixracına nəzarət səlahiyyətini ləğv edib
CƏMİYYƏT

Milli Məclis NK-nın silah və strateji materiallar ixracına nəzarət səlahiyyətini ləğv edib

03 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Milli Məclis Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvini qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Əmək və Cəzaların İcrası Məcəllələrində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Layihədə qeyd edilib ki, sənəddə qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Belə ki, 2011-ci il 23 dekabr tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlığı, Naxçıvanın Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir. Ona görə də, bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” qanunun 6-cı maddəsindən çıxarılır.

Eyni zamanda layihədə göstərilən digər qanunlardan da “hərbi komissarlıq” sözlərinin çıxarılması nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Beyrutda “Hizbullah”ın daha bir rəhbər şəxsi öldürülüb

Next

“Formula 1”: Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved