Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Etibar Əliyev: “Təhsil sənədlərinin yalnız elektron formada verilməsi absurd qərardır”
MANŞETÖZƏL

Etibar Əliyev: “Təhsil sənədlərinin yalnız elektron formada verilməsi absurd qərardır”

03 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda bütün təhsil sənədlərinin elektron formatda təqdim olunacağı tarix açıqlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra attestatlar, diplomlar və sertifikatlar yalnız elektron formada veriləcək, kağız daşıyıcılar isə təqdim edilməyəcək. Bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə məlumat verib.

Təhsil eksperti Etibar Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, hər bir insanın şəxsi arxivi mövcuddur və kağız sənədlərin həm nostalji, həm də mənəvi əhəmiyyəti var:

“Kağız sənədlər gələcək nəsillər üçün də bir xatirədir. Bu gün təhsil sisteminə rəhbərlik edən şəxslər sistemdən kənardan gələn insanlardır və sənədlərin mahiyyəti ilə dəyərini tam anlamaya bilərlər. Sorğu aparılsa, əksəriyyətin sənədlərin kağız formatda verilməsinin tərəfdarı olduğu üzə çıxar. Elektron sənədlər isə işə qəbul zamanı aidiyyəti qurumlara təqdim oluna bilər”.

Ekspert vurğulayıb ki, təhsil qısa müddətdə əldə olunan dəyər deyil və insan həyatının mühüm mərhələsi ilə bağlıdır:

“Universitet illəri insanların həyatında xüsusi yer tutur. Bu qərarı düzgün hesab etmirəm. Bu, absurd qərardır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan qızıl ixracından gəlirini 56 %-dən çox artırıb

Next

“Azərkosmos” yanvarda 1,5 milyon dollar ixrac gəlirləri əldə edib

Copyright 2026— Praqraf.com. All rights reserved