PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 57 milyon 132 min ABŞ dolları təşkil edib.

Paraqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,6 %-i qədər olub.

İl ərzində Azərbaycanın İrana ixracının dəyəri 57 % artaraq 960 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 1,5 % artaraq 56 milyon 172 min ABŞ dolları olub.

Ay ərzində İrana ixrac ümumi ixracın 0,04 %-ni, İrandan idxal isə ümumi idxalın 4,3 %-ni təşkil edib.

 

Paraqraf.com 

Loading