Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb
İQTİSADİYYAT

Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

26 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycandan Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği 3,1 milyard ABŞ dollarını ötüb.

Paraqraf.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

O, ölkəsinin regionda iqtisadi mərkəz rolunu gücləndirdiyini bildirib: “Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. Məsələn, Türkiyə 2025-ci ildə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq yeddinci yerdə qərarlaşıb”.

M. Kvrivişvili xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın regional inkişaf üçün vacib rol oynadığını qeyd edib: “Gürcüstan hökuməti regionda etibarlı tərəfdaş kimi çıxış edərək iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Hökumət iqtisadi inkişafın davamlılığını təmin etmək üçün nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatırmağı planlaşdırır. 2032-ci ilə qədər bu sahəyə təxminən 7 milyard ABŞ dolları investisiya yönəldilməsi nəzərdə tutulur ki, bu da Gürcüstanın regional tranzit potensialını artıracaq”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti ucuzlaşıb

Next

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Copyright 2026— Praqraf.com. All rights reserved