PAYLAŞIN:

Rusiya ordusu bazar ertəsinə keçən gecə hücum dronları ilə Odessa vilayətindəki obyektləri atəşə tutub, nəticədə iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Paraqraf.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

“Gecə Rusiya yenidən Odessa vilayətini hücum PUA-ları ilə ilə atəşə tutub. Sənaye, energetika və mülki infrastruktur obyektləri atəşə məruz qalıb. Təəssüf ki, iki nəfər həlak olub. Ən azı üç nəfər yaralanıb, onlara zəruri tibbi yardım göstərilir”, – o, “Telegram”da yazıb.

Kiper qeyd edib ki, hücum nəticəsində istehsal obyektləri və anbarlar, inzibati binalar, avtosalon, eləcə də nəqliyyat vasitələri zədələnib.

Paraqraf.com 

Loading