Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: ABŞ İran ətrafındakı bazalarda hərbi təyyarələrin sayını artırıb
DÜNYA

KİV: ABŞ İran ətrafındakı bazalarda hərbi təyyarələrin sayını artırıb

23 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Birləşmiş Ştatlar İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarında yerləşdirilən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi əməliyyat üçün Yaxın Şərqdə nəhəng hava gücü toplayır.

FT peyk görüntülərinə və Təl-Əviv Universitetinin rəyinə istinadən bildirib ki, İordaniyadakı bazada azı 66 qırıcı təyyarə var. Aviasiya ekspertinin rəyinə əsasən, görüntülərdə görünən təyyarələrdən 18-i “F-35” qırıcılarıdır. Məqalədə həmçinin qeyd olunub ki, bazada 17 ədəd “F-15” qırıcısı və 8 ədəd “A-10” hücum təyyarəsi yerləşir. Qəzetin yazdığına görə, həmin bazada “EA-18” radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə edilib.

Görüntüləri təhlil edən aviasiya eksperti həmçinin Səudiyyə Ərəbistanındakı bazada “E-3 AWACS” uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələrinin, eləcə də “C-130” və “C-5” nəqliyyat təyyarələrinin olduğunu bildirib. “Financial Times” yazıb ki, orada da aviasiya vasitələrinin sayı artıb.

Yanvar ayında Ağ Ev İslam Respublikasına qarşı güc tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdikləri barədə xəbərdarlıq edib. Vaşinqton o zaman ümidvar olduğunu bildirib ki, Tehran danışıqlar masasına oturacaq və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacaq. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kim Çen In yenidən Koreya Əmək Partiyasının sədri seçilib

Next

Kolumbiya Venesueladan qaz idxalına məhdudiyyətlərlə üzləşib

Copyright 2026— Praqraf.com. All rights reserved