Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Xamenei tarixinin ən böyük qəfəsində: 36 illik hakimiyyətin ən ağır böhranı başladı
DÜNYA

Xamenei tarixinin ən böyük qəfəsində: 36 illik hakimiyyətin ən ağır böhranı başladı

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

İranın Ali rəhbəri Ayətullah Əli Xamenei 36 illik hakimiyyəti dövrünün ən amansız və ciddi böhranı ilə üz-üzədir.

Paraqraf.com xəbər verir ki, “Reuters” agentliyinin yaydığı sensasion məlumatda bildirilir ki, 86 yaşlı lider həm daxili üsyanlar, həm də xarici hərbi təhdidlər arasında küncə sıxılıb.

ABŞ-ın hava zərbələri qorxusu və gizli danışıqlar

Məlumata görə, Xameneinin xüsusi elçiləri hazırda ABŞ-ın mümkün hava zərbələrinin qarşısını almaq üçün gərgin diplomatik trafik qurublar. Regional gərginliyin pik həddə çatdığı bir vaxtda, Tehranın Vaşinqtonla apardığı gizli danışıqların taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

Xarici təhdidlərlə yanaşı, İran daxilində də vəziyyət kritikdir. Sanksiyaların iflic etdiyi iqtisadiyyat və ölümlə nəticələnən kütləvi iğtişaşlar xalqın rejimə qarşı qəzəbini son həddə çatdırıb. “Reuters” qeyd edir ki, Xameneinin “İslam Respublikasına sarsılmaz sadiqliyi” və ABŞ-a qarşı barışmaz mövqeyi İranın bu gərginliyə verəcəyi cavabın əsasını təşkil edəcək.

Məqalədə vurğulanır ki, indiyə qədər bütün daxili rəqiblərini sıradan çıxarmağı, regional ittifaqlar qurmağı və Qərbə meydan oxumağı bacaran Xamenei, danışıqları uzatmaq taktikası ilə hakimiyyətini qoruya bilib. Lakin hazırkı hərbi və iqtisadi təzyiqin onun mütləq hakimiyyəti üçün sonun başlanğıcı ola biləcəyi ehtimal edilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” – VİDEO

Next

Pentaqonun şok hesabatı: ABŞ-ın Ukrayna yardımı 40 dəfə kəsildi – Kiyev tək qoyulur?

Copyright 2026— Praqraf.com. All rights reserved