Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna üçün “Ərazi qarşılığında Avropa” planı: Trampdan şok təzyiq
DÜNYA

Ukrayna üçün “Ərazi qarşılığında Avropa” planı: Trampdan şok təzyiq

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna müharibəsinin taleyini dəyişəcək gizli razılaşmanın detalları ifşa olundu! Almaniyanın nüfuzlu “Welt” nəşrinin yaydığı məlumata görə, rəsmi Kiyevə ərazi güzəştləri müqabilində Avropa İttifaqına sürətləndirilmiş üzvlük təklif oluna bilər.

Donbası ver, Aİ-yə daxil ol!

Paraqraf.com xəbər verir ki, Brüsseldəki diplomatik mənbələrin bildirdiyinə görə, vasitəçi rolunda çıxış edən ABŞ aşağıdakı sxemi irəli sürür: Kiyev təbii ehtiyatlarla zəngin olan Donbasın böyük bir hissəsini Rusiyaya güzəştə gedir, bunun əvəzində isə dərhal Aİ üzvlüyü və möhkəm təhlükəsizlik təminatı alır.

Məqalədə qeyd olunur ki, Donald Tramp Kiyevə ciddi təzyiq göstərərək məsələnin ABŞ-ın 250 illik yubileyinə – 4 iyula qədər həll olunmasını tələb edir. Bu addım Trampın Konqresə keçiriləcək seçkilər ərəfəsində özünü “dünyanın xilaskarı və sülhməramlı” kimi təqdim etmək planının bir hissəsidir.

Hərçənd avropalılar bu gizli danışıqlarda birbaşa iştirak etmirlər, lakin mümkün sülh müqaviləsini pozmamaq üçün Ukraynanın Aİ-yə sürətli qəbulu ilə razılaşmaq məcburiyyətində qala bilərlər. Ekspertlər bu planın Ukraynanın suverenliyi və Avropanın gələcəyi üçün taleyüklü bir dönəm olduğunu vurğulayırlar.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pentaqonun şok hesabatı: ABŞ-ın Ukrayna yardımı 40 dəfə kəsildi – Kiyev tək qoyulur?

Next

İran təyyarəsi QƏZAYA uğradı – ÖLƏN VAR

Copyright 2026— Praqraf.com. All rights reserved