Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR – Yeni qaydalar qüvvəyə mindi
CƏMİYYƏTMANŞET

Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR – Yeni qaydalar qüvvəyə mindi

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nı təsdiq edib. Yeni qaydalara əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlarla uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü müddətində yerquruluşu sənədlərini təhlil etməklə araşdırma aparacaqlar.

Əmlak eksperti Elnur Azadov “Paraqraf.com”a açıqlamasında bildirib ki, kütləvi amnistiyanın bir qərarla həyata keçirilməsi mümkün deyil:

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

“Post-sovet məkanında qanunsuz tikililər geniş yayılmışdı. Sovet dövründə belə tikililər çox idi və buna müəyyən mənada göz yumulurdu. Sovet İttifaqı dağıldıqdan sonra isə məcburi köçkün və qaçqınların məskunlaşması ilə yeni yaşayış məntəqələri formalaşdı. Həmin dövrdə dövlətin resurs imkanları məhdud olduğundan bu proseslərə də tam nəzarət mümkün olmadı.

2000-ci illərin əvvəllərindən etibarən bələdiyyə torpaqları dövriyyəyə daxil oldu və ölkə üzrə həmin torpaqlarda çoxsaylı tikililər inşa edildi. Lakin onların bir qismi şəhərsalma və tikinti qanunvericiliyinə uyğun aparılmadı. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasının dəyişdirilməsi, ərazilərin təhlili və planlaşdırma məsələləri aktuallığını qoruyur. Elə ərazilər var ki, mühafizə zolağına düşür və onların amnistiyası mümkün deyil. Bu səbəbdən proses mərhələli şəkildə aparılmalıdır”.

Ekspertin sözlərinə görə, sovet dövründən formalaşmış bütün əmlakların birdəfəlik amnistiyası real deyil:

“Bunun üçün müvafiq alt-normativ sənədlər hazırlanmalıdır. Sənədləri qaydasında olan əmlakların leqallaşdırılması daha sürətli həyata keçirilə bilər. Lakin heç bir sənədi olmayan tikililərin reyestrə alınması mexanizmi ilə bağlı hələlik konkret və sistemli addımlar müşahidə edilmir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Politoloq: “Fransa Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir”

Next

Bakıda restoranda “power bank” ödənişi – İstehlakçı hüquqları pozulub, restoran cərimələnə bilər

Copyright 2026— Praqraf.com. All rights reserved