Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Küçədə elektron siqaret çəkənlər cərimələnəcək
HADİSƏ

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

20 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Paraqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, tütün çəkilməsi qadağan olunan yerlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

– təhsil və tərbiyə müəssisələrində, habelə onların əraziləri;

– tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;

– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə onların əraziləri;

– restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri;

– ticarət obyektləri;

– məişət obyektləri;

– sosial xidmət müəssisələri;

– yerləşdirmə vasitələri;

– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

– uşaq meydançaları;

– yerüstü qapalı və yeraltı piyada keçidləri;

– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;

– metropoliten stansiyalarının vestibülləri, keçidlər, platformaları və vaqonlar;

– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları, su nəqliyyatı vasitələri;

– hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar) və avtobusların dayanacaq məntəqələri;

– liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;

– taksafonlar;

– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələri;

– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlar, iş yerləri.

“Cebheinfo.az”

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezidentin ABŞ-yə səfəri başa çatdı

Next

Politoloq: “Fransa Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir”

Copyright 2026— Praqraf.com. All rights reserved