Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Birgə yaşamağa məcbur olduğumuz eybəcərliklər…

Birgə yaşamağa məcbur olduğumuz eybəcərliklər…

admin 20 Fevral 2026 6 minutes read
a1cf4bfe558a5be8e42197c68acaadbb
PAYLAŞIN:

Bəşəriyyətin tarixi bizi öyrədir ki, hər bir “inkişafın” öz eybəcər tərəfləri ola bilir. Ultraliberal baxışlar ənənəvi dəyərlərin təhrif olunmasına gətirib çıxarır, aşırı tolerantlıq fürsətcilliyi təhrik edir, münasibətlərdə “şəxsi” sərhədlərin pozulması müxtəlif münaqişələrin yaşanmasını qaçılmaz edir, layiq olmayan şəxs ilə nəzakətli davranış yanlış qənaətlərə səbəb olur, nəzarətsiz informasiya məkanının mövcudluğu isə qərəzli təxribatlar üçün münbit şərait yaradır və sosial məsuliyyətsizliyi kəskin şəkildə inkişaf etdirir. Bütün bu sadalanan təzahürlər müasir dövrün reallığıdır, sosial şəbəkələr isə sadəcə bu cür meyilləri sürətləndirən katalizatordur. Demək olar ki, hər birimiz həyatımızda bu cür sosial-mədəni təzahürlərlə dəfələrlə rastlaşmışıq. Bu cür hallar mədəniyyətimizdən və dəyərlərimizdən imtina olunması anlamına gəlmir. Ancaq son hadisələr ondan xəbər verir ki, bu cür proseslərin nəzarətsiz və öz axarına buraxılması da artıq təhlükəlidir.

Paraqraf.com xəbər verir ki, bu fikirlri Azərtac-a açıqlamasında politoloq Asif Adil söyləyib.

O qeyd edib ki, təxribat və manipulyasiya məqsədilə psevdodemokratik şüarlar arxasında gizlənərək informasiya azadlığından ifrat dərəcədə istifadə edən demaqoqlarla müasir hökumətlərin davranışı hamımıza tanış olan vəziyyətə bənzəyir: “qaytarmayacağını bilməyimizə rəğmən dost və qohumuna borc verib sonra onlarla düşmən olmaqdansa, borc vermədən düşmən olmaq daha yaxşıdır”. Fərdi münasibətlərdə məsələ ilə bağlı qərarın məzmunu şəxsi seçimdən asılı ola bilər, ancaq söhbət dövlət müstəvisindən gedən zaman “romantizm” əsassız yumşaqlıq kimi dəyərləndirilməlidir. Hansısa uydurma demokratik təzyiqlər altında məsuliyyətsiz vətəndaşa informasiya azadlığının bəxş olunması təqribən eyni problemlər yarada bilir: həmin azadlıq demokratik dəyərləri ifrat dərəcədə təhrif edir və cəmiyyətin dayanıqlı inkişafı üçün real təhdidlər yaradır.

“İnternet məkanının sürətlə inkişaf etdiyi dövrdə “informasiya” amili idarəetmə resursu və bilik mənbəyi kimi yox, məhz təxribat aləti kimi istifadə olunan zaman obyektiv həqiqət arxa plana keçir və saxta məlumatlar, habelə gərgin emosiyalar üstünlük təşkil etməyə başlayır. Təsadüfi deyil ki, faktların siyasi münasibətlərə təsiri ildən-ilə azalır, əvəzinə siyasətin emosiyalardan asılılığı dayanmadan artır. Hətta ABŞ kimi dayanıqlı demokratik ənənələrə sahib olan bir dövlətdə siyasət, o cümlədən siyasətçilərin davranışı getdikcə daha çox şouya bənzəyir. Hadisələr onu göstərir ki, bu cür metodlara müraciət etməklə iqtidar əslində qərəzli və emosional manipulyasiyaları qabaqlayır.

Müxtəlif proseslər elə bir qəribə səpkidə inkişaf edir ki, yaşadığımız rəqəmsal dövrdə “yalan” sözü artıq əxlaq sistemindən çıxarılaraq ziyansız hesab edilən “informasiya” sözü ilə əvəzlənib. “İnformasiya” sözünün siyasətçini mənəvi məsuliyyətdən azad etdiyi dövrdə yaşayırıq. Siyasətdə həqiqəti gizlətmək metodu kimi emosiyadan hələ antik dövrlərdən etibarən istifadə olunub. Dünyada münaqişə tendensiyalarının artması fonunda “informasiya” amili artıq “nüvə” silahı effektinə malikdir. Münaqişə siyasi hədəfə nail olmaq vasitəsi kimi qəbul edilən yerdə isə “informasiya” amili də həmin münaqişənin əsas silahına çevrilir.

Özünü siyasətdən uzaq hesab edən, ancaq internet məkanında yaşanan bəzi eybəcərliklərə şahidlik etməyə məhkum olmuş vətəndaş mütləq olaraq bilməlidir ki, üzdə olan istənilən informasiya təxribatı, sadəcə vasitədir, əsl məqsəd isə vətəndaşın gözlərində gizlədilir. Eybəcər, qorxulu və cılız məqsədlər naminə bu cür manipulyasiyalar vasitəsilə sadəlövh və hazırlıqsız vətəndaşın emosiyalarına toxunaraq konkret məsələ ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlərin və qərəzli mövqeyin formalaşmasına cəhd olunur. Burada insani hisslər və ülvi duyğular manipulyatorların əllərində, sadəcə təzyiq alətinə çevrilir. Beləliklə, istənilən manipulyasiya bir plandır, taktiki gedişatdır. Məhz bu səbəbdən də hər bir dövlətin mütləq informasiya strategiyası olmalıdır. Dünya dövlətlərinin təcrübəsi ondan xəbər verir ki, qərəzli informasiya təxribatlarına qarşı xaotik, inersiyalı və situativ davranış dayanıqlı effekt verə bilməz”, – deyə politoloq vurğulayıb.

O hesab edir ki, informasiya mənbəyi məsuliyyətsiz və qərəzli adama məxsus olan zaman nəzakətə yer yoxdur. Politoloqun sözlərinə görə, informasiya manipulyasiyası amili müasir dövrdə mahiyyət etibarilə terrora bənzəyir. Terrorçular ilə danışıqların aparılması məsələsi isə tamamilə fərqli prinsip və alqoritmlərə tabedir. İstənilən halda emosiyalara qapanmaq yolverilməzdir. Odur ki, səhvlərdən sığortalamaq üçün informasiya strategiyasının mövcudluğu artıq zamanın tələbidir və bu məsələdə, sadəcə inzibati resurslara güvənmək yanlışlıqdır.

Qərəzli manipulyasiya və informasiya təxribatları ilə məşğul olanların, eyniliklə terrorçular kimi, itirə biləcəkləri heç nə yoxdur. Onlar, sadəcə çalışırlar ki, avantüralarına daha çox insan şahidlik etsin və emosional təzyiqlər vasitəsilə cəmiyyətdə təəssübkeşlərin sayını artırsınlar. Daha sonra isə həmin təəssübkeşlər törədilən cinayətlərin şahidlərinə çevrilirlər. Dəqiq olan odur ki, bu cür oyunlarda həqiqət axtarışından söhbət belə gedə bilməz.

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Deputat: “Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz”
Next: “Renka”ların dünyasıdır, çox şeyləri ürəyimizə salmayaq

OXŞAR MÖVZULAR

IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026
IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
IMG-20260424-WA0011

Bu il yarış dəyişir: ən yüksək bal artımı I qrupda gözlənilir

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.