Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Aralıq dənizində “qaz müharibəsi”: Türkiyə “Chevron” sazişinə sərt etiraz etdi
İQTİSADİYYAT

Aralıq dənizində “qaz müharibəsi”: Türkiyə “Chevron” sazişinə sərt etiraz etdi

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Aralıq dənizində sular yenidən isinir. Rəsmi Ankara Yunanıstanın Krit adasının cənubunda karbohidrogen ehtiyatlarının kəşfiyyatı ilə bağlı ABŞ-ın nəhəng “Chevron” şirkəti ilə imzaladığı razılaşmaya qarşı kəskin bəyanat yayıb.

Paraqraf.com xəbər verir ki, Türkiyə bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib.

“Liviya ilə razılaşma pozulur!” – Türkiyə Müdafiə Nazirliyindən xəbərdarlıq

Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Yunanıstanın bu fəaliyyəti Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyasına dair memorandumun şərtlərini kobud şəkildə pozur. Ankara vurğulayıb ki, aparılan işlər birbaşa Türkiyənin kontinental şelfinə toxunmasa da, Liviyanın BMT-də bəyan edilmiş dəniz hüquqlarını birbaşa tapdalayır.

Avropanın Rusiya qazından qurtulmaq planı, yoxsa yeni böhran?

Qeyd edək ki, “Chevron” ilə əldə olunan razılaşma Yunanıstanın qaz kəşfiyyatı sahələrini genişləndirməyi hədəfləyir. Bu layihə rəsmi Afina və Avropa İttifaqı tərəfindən Rusiyanın enerji resurslarından asılılığı azaltmaq cəhdi kimi təqdim olunsa da, regionda Türkiyə və Liviya ilə yeni qarşıdurma ocağı yaradır.

Analitiklər hesab edir ki, Yunanıstanın bu addımı Aralıq dənizində onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü: Dəhşətə salan GÖRÜNTÜLƏR

Next

Trampın “Böyük Amerika” planı “köhnə dünya”nı dağıdır: ABŞ-ın “yeni imperiya” layihəsi NATO-nu “intihara” sürükləyir

Copyright 2026— Praqraf.com. All rights reserved