PAYLAŞIN:

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb.

Paraqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paraqraf.com

Loading