Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qovlar şəhər 3 saylı tam orta məktəb acınacaqlı vəziyyətdədir – sakinlər yeni binanın inşasını tələb edir
CƏMİYYƏTMANŞET

Qovlar şəhər 3 saylı tam orta məktəb acınacaqlı vəziyyətdədir – sakinlər yeni binanın inşasını tələb edir

14 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Tovuz rayonunun Qovlar şəhərində yerləşən 3 saylı tam orta məktəbin mövcud vəziyyəti narahatlıq doğurur. Valideynlər və sakinlər bildirirlər ki, məktəb binası uzun illərdir əsaslı təmir görməyib və hazırda istismar üçün təhlükəli vəziyyətdədir.

Məktəbin divarlarında və tavanında ciddi aşınmalar müşahidə olunur, bəzi yerlərdə isə konstruksiya elementlərinin zədələndiyi bildirilir. Sakinlərin sözlərinə görə, bina artıq təmir ediləcək səviyyədə deyil və tamamilə sökülərək yenidən inşa olunmalıdır.

Valideynlər qeyd edirlər ki, şagirdlərin təhlükəsizliyi hər şeydən önəmli olmalıdır. Onların fikrincə, müasir standartlara cavab verən, istilik sistemi və zəruri infrastrukturla təmin olunmuş yeni məktəb binasının tikintisi vacibdir. Həmçinin sosial həssas ailələrdən olan şagirdlər üçün əlavə dəstək mexanizmlərinin tətbiqi də təklif olunur.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların diqqət göstərməsini və qısa zamanda müvafiq addımlar atılmasını gözləyirlər. Onlar hesab edirlər ki, regionlarda təhsil infrastrukturunun yenilənməsi davamlı və sistemli şəkildə həyata keçirilməlidir.

Mövzu ilə bağlı rəsmi qurumların mövqeyi öyrənildikdən sonra əlavə məlumat veriləcək.

Возможно, это изображение один или несколько человек, люди учатся и текст

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mingəçevir Dövlət Universitetində “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya” Forumu keçirilib – FOTOLAR

Next

Ata Abdullayev azadlığa buraxıldı

Copyright 2026— Praqraf.com. All rights reserved