Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski müharibəni davam etdirməyə hazır olduğunu açıqlayıb
DÜNYA

Zelenski müharibəni davam etdirməyə hazır olduğunu açıqlayıb

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Müharibənin başa çatması ilə bağlı yaxşı saziş imzalamaq imkanı olmasa, Ukrayna Rusiya ilə mübarizəni davam etdirməyə hazırdır.

Paraqraf.com-un məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski “The Atlantic” nəşrinə müsahibəsində bildirib.

Nəşrin məlumatına görə, ölkə prezidentinin yaxın ətrafının bəzi üzvləri Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanması üçün imkan pəncərəsinin bağlanmasından narahatlıq keçirirlər. Onların fikrincə, əgər bu bahar müharibənin başa çatması haqqında razılaşma əldə olunmasa, Kiyevi illərlə davam edəcək hərbi əməliyyatlar gözləyir.

“The Atlantic” yazıb ki, Zelenski, öz növbəsində, müsahibəsində xalqını pis sövdələşməyə razı salmaqdansa, ümumiyyətlə, sazişdən imtina edəcəyini vurğulayıb. Həmçinin Ukrayna Prezidenti dörd illik tammiqyaslı müharibədən sonra mübarizəni davam etdirməyə hazır olduğunu əminliklə qeyd edib. “Ukrayna uduzmur”, – deyə o, döyüş meydanındakı vəziyyəti şərh edərkən bildirib.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək səylərini də şərh edib.

“Tramp üçün Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmaqdan böyük qələbə yoxdur. Onun irsi üçün bu, bir nömrəli vəzifədir. Tramp üçün ən sərfəli vəziyyət bunu aralıq seçkilərə qədər (2026-cı ilin noyabrı – red.) etməkdir”, – deyə Zelenski bildirib. “Bəli, o, ölümlərin daha az olmasını istəyir. Amma yetkin insan kimi danışsaq, bu, sadəcə onun üçün qələbədir, siyasi qələbə”, – UKrayna lideri əlavə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Niderland “genişmiqyaslı münaqişə”yə hazırlaşır

Next

Norveçlə Fransa Ukraynaya 700 milyon dollardan çox hərbi yardım ayıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved