Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
ELM VƏ TƏHSİL

Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.

Paraqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Nazir çıxışında gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb:

“Müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir”.

Qaliblər mentorluq proqramı çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri bilik və bacarıqlar barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Premyer Liqa klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

Next

İstirahət günlərində Azərbaycanda külək güclənəcək – XƏBƏRDARLIQ

Copyright 2026— Praqraf.com. All rights reserved