PAYLAŞIN:

Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.

Paraqraf.com-un məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən “VAZ-21011”markalı avtomobili hərəkətdə olan qatar vurub.

Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Paraqraf.com 

Loading