Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Baş prokuror: Prokurorluqda süni intellekt texnologiyalarından istifadəyə başlanılıb
MANŞET

Baş prokuror: Prokurorluqda süni intellekt texnologiyalarından istifadəyə başlanılıb

05 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından istifadə edilməsinə başlanılıb.

Paraqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, artıq ötən ilin sonlarından etibarən daxil olan müraciətlərin aidiyyəti üzrə hansı şəxsə göndərilməsi ilə bağlı süni intellekt tərəfindən təklif verilir. Bununla yanaşı, cinayət işlərinin istintaqı zamanı köməkçi rolunu oynaya biləcək modelin tətbiqi, habelə prokurorluq orqanlarına daxil olan vətəndaş zənglərinin əməkdaşların nəzarəti ilə cavablandırılması kimi məsələlərdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlər görülməkdədir:

“Eyni zamanda, açıq şəkildə vurğulamaq lazımdır ki, süni intellekt insanı əvəz etmir və edə də bilməz, o, hüquqşünasın qərarvermə prosesini dəstəkləyən, onu daha obyektiv və səmərəli edən bir vasitədir”.

K.Əliyev qeyd edib ki, süni intellekt tətbiqinin müsbət nəticələri ilə yanaşı, müəyyən risklərini də nəzərə almaq lazımdır:

“Əsas məsələ bu sahədə hüquqi tənzimləmənin olmamasıdır. Xüsusən də məsuliyyət məsələləri ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hər hansı səhv qərara, məsləhətə və ya hərəkətə görə süni intellektin istehsalçısı, yoxsa istifadəçi məsuliyyət daşıyır? Hesab edirəm ki, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün aydın qaydalar və normalarla bağlı müvafiq hüquqi baza yaradılmalıdır”.

Baş prokuror, həmçinin əlavə edib ki, hazırda cinayət işlərinin elektron qaydada məhkəmələrə göndərilməsi ilə bağlı işlər görülür:

“Texniki tərəfdən bu məsələlər həll olunub. Qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanıb və həmin layihə artıq Milli Məclisdədir. Layihədə, həmçinin digər rəqəmsal məsələlər, o cümlədən elektron sübutlar, onların götürülməsi, mühafizəsi və s. indiyədək hüquqi tənzimlənməsi olmayan məsələlər yer alır”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur

Next

Azərbaycan Mərkəzi Asiya və Fars körfəzi arasında əlaqələndirici həlqə olmaq niyyətindədir

Copyright 2026— Praqraf.com. All rights reserved