Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/34 il sonra ədalət zəfər çaldı: Cinayətkarlar məhkəmə qarşısında
CƏMİYYƏT

34 il sonra ədalət zəfər çaldı: Cinayətkarlar məhkəmə qarşısında

05 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün  Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan  qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Təqsirləndirilən Arkadi Qukasyan və  Bako Sahakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Beləliklə, 34 il 21 gün sonra ədalət Zəfər çaldı, torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Zəfər çaldığımız kimi, bu mühakimədə də qələbə qazandıq.

Azərbaycan torpaqlarını işğal edib vandalizm aktı icra edənlər, soyqıırm törədənlər, talan edilmiş  torpaqlarda “böyük Ermənistan” nağılına uyğun həyat qurmağa çalışanlar ədalət məhkəməsi qarşısında cavab verdilər.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi dünyaya daha bir ədalət mesaji verdi.

O mesajı 2020-ci il 9 noyabrında Ermənistanın kapitulyasiyası ilə Azərbaycan Prezidenti İlham Əliyev canlı yayımda xalqımıza və dünyaya elan etmişdi. Bu gün isə dünya həmin qələbə xəbərinin daha bir müstəvidə – bu dəfə məhkəmə müstəvisində təsdiqini gördü. Döyüş meydanında ədalətin bərqərar olması kimi, məhkəmə müstəvisində də yerini tapması vacib idi. 

Bu, dünyaya Azərbaycanın hüququ dövləti olduğunu bir daha göstərdi, başqasının torpaqlarına göz dikib işğalçılıq faktını rəsmiləşdirməyə çalışanların gec də olsa ədalət qarşısında cavab verəcəyinə inam yaratdı.

Hüququn ədaləti bərpa olundu, indi qalıb Tanrının ədaləti… 

Elnarə Kərimova

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lənkəranda dördotaqlı ev yanıb

Next

Parlamentlərarası əməkdaşlıq və İslam həmrəyliyi Mavritaniyada müzakirə olunub – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved