Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib
HADİSƏ

Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verilib

04 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Paraqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş qismində Müdafiə Nazirliyi tanınıb.

Təqsirləndirlilən şəxsin vəkili Orxan Hacıyev Kütləvi İnformasiya Vasitələrinin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulmasını istəyib. Bildirib ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ailə və peşə sirləri ilə bağlı məlumatlar var, bunun yayılmasını istəmirlər.

Təqsirləndirilən şəxs də vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı bildirib ki, məhkəmə iclası açıq keçirilir, istənilən şəxs iclaslarda iştirak edə bilər.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, gələcəkdə bu məsələyə yenidən baxıla bilər.

Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və məhkəmə istintaqında araşdırılmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası fevralın 18-ə təyin olunub.

Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Güclü külək Bakıda 37 ağacı sındırıb

Next

Bakı sakini dəm qazından boğularaq ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved