Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/m10-da texniki problemlər aradan qaldırıldı
CƏMİYYƏT

m10-da texniki problemlər aradan qaldırıldı

04 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda “m10” elektron cüzdan tətbiqinin işində texniki problemlər müşahidə olunub. Bir neçə gün ərzində istifadəçilərin tətbiqə girişində çətinliklər yaranıb. Sosial şəbəkələrdə istifadəçilər texniki fasilə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməməsindən narazılıqlarını bildiriblər.

Yaranmış vəziyyətlə bağlı Kredit.az-ın sorğusuna cavab olaraq m10-dan bildirilib ki, platforma istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və sistemin sabitliyini daim prioritet hesab edir. Qeyd olunub ki, m10 stabil və etibarlı xidmət göstərməyə, əməliyyatların təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib.

Açıqlamada bildirilib ki, 3 fevral tarixində m10 platformasında xarici mənşəli merchant-lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsaitin daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ m10-un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılıb. Araşdırmanın nəticələrinə əsasən zəruri tədbirlərin görüldüyü bildirilib.

Qeyd edilib ki, sözügedən səbəbdən tətbiqin fəaliyyətində müvəqqəti fasilə yaranmışdı, lakin hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub.

Şirkət yaranmış narahatlığa görə istifadəçilərdən üzr istəyib, göstərilən anlayış və etimada görə təşəkkür edib və bildirib ki, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyi, əməliyyatların şəffaflığı və platformanın sabitliyi bundan sonra da əsas prioritet olaraq qorunacaq.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Zərif Zəfər” qadın zərifliyi və gücünü bir araya gətirəcək – Fotolar

Next

Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved