Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əlilliyi olan gənclər üçün “GəncTALKS”a start verilib
MANŞET

Əlilliyi olan gənclər üçün “GəncTALKS”a start verilib

04 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan gənclər üçün motivasiya platforması – “GəncTALKS”a start verilib.

Paraqraf.com xəbər verir ki, “TEDx” beynəlxalq formatında keçiriləcək tədbirdə müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər öz həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandıracaq.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qeyd edib ki, “platformanın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə tam bərabər inteqrasiyasına dəstək verməkdir”.

DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva vurğulayıb ki, indiyədək DOST Agentliyində könüllü kimi fəaliyyət göstərən 300-ə yaxın gənc bu idarədə, digər özəl və dövlət qurumlarında işlə təmin olunub:

“DOST Agentliyi Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeni sosial layihəyə başlayıb. Belə ki, məqsəd əlilliyi olan gənclərin potensialının, onların şəxsi bacarıqlarının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsidir. Artıq layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan və almaqda olan əlilliyi olan şəxslər məlumatlandırılıb”.

Qeyd edək ki, tədbirin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eləcə də potensiallarını üzə çıxarmaqdır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisə daxil olub

Next

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved