28 Okt 2026, Ç

“Arsenal”ın Premyer Liqadakı oyunu təxirə salınacaq

PAYLAŞIN:

İngiltərənin “Arsenal” klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.

Paraqraf.com-un məlumatına görə, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

XXXI turun “Vulverhempton” – “Arsenal” matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.

Qeyd edək ki, “topçular”ın finaldakı rəqibi bu gün müəyyənləşəcək. “Mançester Siti” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Yarımfinalın ilk oyununda “şəhərlilər” qalib gəlib – 2:0.

Paraqraf.com 

Loading