Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
İQTİSADİYYAT

Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb

03 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar ayında Gürcüstanda aylıq inflyasiya 1,2 %, illik inflyasiya isə 4,8 % təşkil edib.

Paraqraf.com bu barədə Gürcüstanın Milli Statistika Xidmətinə (“Geostat”) istinadən xəbər verib.

Hesabatda bildirilir ki, əsas inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 %, tütün məhsulları istisna olmaqla əsas inflyasiya isə 2,1 % səviyyəsində qeydə alınıb.

Yanvar ayında qiymət artımına ən çox qida və alkoqolsuz içkilər qrupu təsir göstərib. Bu qrup üzrə qiymətlər 2,9 % artıb və aylıq inflyasiyaya 0,96 % bəndi töhfə verib. Ərzaq məhsulları arasında xüsusilə tərəvəz və meyvə, süd məhsulları, ət, balıq və şəkərli məhsullarda bahalaşma müşahidə olunub. Bununla yanaşı, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələrin qiymətləri 0,5 % azalıb.

Səhiyyə sahəsində qiymətlər 2,4 % artıb. Bu artım əsasən tibbi məhsullar və avadanlıqlar hesabına formalaşıb. Müxtəlif mal və xidmətlər qrupunda isə qiymət artımı 2,9 % olub. Burada sığorta, maliyyə xidmətləri və şəxsi gigiyena vasitələrində bahalaşma qeydə alınıb.

Eyni zamanda, geyim və ayaqqabı qrupunda qiymətlər 4,3 % ucuzlaşıb, bu da aylıq inflyasiyaya mənfi təsir göstərib.

Ümumilikdə, hesabata əsasən, yanvarda Gürcüstanda inflyasiya əsasən ərzaq və xidmət sektorlarında qiymət artımı hesabına formalaşıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq

Next

Yanvarda 2 halda narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Copyright 2026— Praqraf.com. All rights reserved