PAYLAŞIN:

İmişlidə yanğın olub, bir nəfər xəsarət alıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paraqraf.com 

Loading