PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin maliyyə problemləri təşkilatın üzvlərini üzvlük haqqı borclarını ödəməyə məcbur etməklə həll oluna bilər.

Paraqraf.com-un məlumatına görə, Ağ Evin rəhbəri bunu “Politico” qəzetinə telefonla müsahibəsində deyib.

“Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə məcbur etdiyim kimi”, – ABŞ Prezidenti vurğulayıb.

O, eyni zamanda, ABŞ-nin öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.

Paraqraf.com

Loading