Skip to content
08 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 2
  • Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək

admin 02 Fevral 2026 2 minutes read
FotoJet (3)_1200
PAYLAŞIN:

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

Paraqraf.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

– idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

– idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
Next: İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

59f83e89-68d9-3fcb-afae-7fef3a809d07_1200

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4 %-ə yaxın artıb

admin 07 May 2026
lKCS269B6lH1ofgO4MRXDbKnZGq8h0rDmszAVqv4_1200

“Bank Respublika” “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” seçildi!

admin 07 May 2026
c30b11b7-2ee5-368a-9029-e152be66106d_1200

Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb

admin 07 May 2026

XƏBƏR LENTİ

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib Screenshot

“Bir ocaqda iki şairin işığı” gecəsində Tünzalə Ağayeva çıxışı ilə diqqət çəkib

07 May 2026
“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir IMG-20260507-WA0004

“Milyonluq tankları ucuz dronlar məhv edir” – Müharibənin yeni qaydaları dəyişir

07 May 2026
“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH IMG-20260507-WA0003

“İranın BƏƏ-yə yeni hücumu bölgədə gərginliyi artıra bilər” – Politoloqdan ŞƏRH

07 May 2026
“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib ZxDXslolXpFw3LU2fDfwvcFtuWb8r8skTeD9FrPg_1200

“CBC Sport” “Bavariya” – PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib

07 May 2026
Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır Glaq7EpuJaIISEdw81CvEcm8YThfSE6K3OUBQA6j_1200

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

07 May 2026
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var 3IWgANJ45HVVMut1MqfccsX82FGvOdG69xkf5V3O_1200

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var

07 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.