Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Gənclər dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməlidir
CƏMİYYƏTMANŞET

Gənclər dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

02 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Fevralın 2-si hər il Azərbaycanda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar gün gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən bu tarix Azərbaycan Gəncləri Günü elan edilib.

Bu gün cəmiyyətin böyük hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayırlar. Gənc nəslin təşəbbüskarlığı və fəallığı dövlət həyatının bütün sahələrində özünü aydın şəkildə göstərir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gənclərin potensialının üzə çıxarılmasına, onların savadlı, vətənpərvər kadrlar kimi yetişməsinə xüsusi önəm verir. Bu gün əminliklə demək olar ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir və bu siyasətin icrasında fəal iştirak edir.

Azərbaycan gəncləri hər zaman dövlətin qayğısını hiss edib və öz nailiyyətləri ilə bu etimadı doğrultmağa çalışıblar. Dövlətin gənclərə göstərdiyi diqqət nəticəsində gənclərin özünə, istedadına və gələcəyinə inamı daha da artıb.

Vətən müharibəsi zamanı ön cəbhədə qəhrəmanlıq göstərənlərin əksəriyyətinin gənclər olması onların vətənə bağlılığının bariz nümunəsidir. Azərbaycan gəncliyi döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də fəallıq göstərərək ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.

Bu gün gənclər üçün yaradılan geniş imkanlar təhsil sahəsində də öz nəticəsini göstərir. Gənclər beynəlxalq və yerli uğurlara imza atır, bilik və bacarıqları ilə ölkənin gələcək inkişafına töhfə verirlər.

Qeyd olunur ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından asılıdır. Gəncliyə göstərilən diqqət və qayğı cəmiyyətin intellektual, mənəvi və fiziki baxımdan sağlam olmasının əsas göstəricisidir.

Vurğulanır ki, hər bir gənc dövlətin yaratdığı imkanları dəyərləndirməli, ailəsi, cəmiyyəti və vətəni üçün faydalı olmağa çalışmalı, Vətən və dövlət maraqlarını hər şeydən üstün tutmalıdır.

Ceyhun Məmmədov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Parlamentin yaz sessiyası başladı

Next

Peşə təmayüllü siniflər arasında “Peşə sinfimizdən 1 foto” adlı müsabiqə elan olunub

Copyright 2026— Praqraf.com. All rights reserved